AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Yeni versiya iiko 7.9! Çoxdan gözlədiyimiz yeni versiya çıxdı. Yenilənə bilərsiniz!

Yeni versiya iiko 7.9!

📌 Restoran sifarişlərini dəqiq vəd edilmiş müddətdə çatdırın

Restoran kassasında çatdırılma və ya Al-Apar üçün sifariş qəbul edərkən, mətbəxin və kuryerlərin iş yükünü tez qiymətləndirib mütləq zəmanət verə biləcəyiniz vaxt barədə müştəri ilə razılaşa bilərsiniz. 
 Kassir mətbəxin hər bir bölməsində sifarişlərin cari sayını görür, sifarişin hazır ola biləcəyi vaxtı ehtimal edib, onu lazımi zaman intervalında yerləşdirə bilər. Həmçinin qəbul edilmiş sifarişlərin növləri əks olunur ki, bunun sayəsində də boş kuryerləri dəyərləndirmək mümkündür. İndi hətta restoranın tam dolu və çatdırılma sifarişlərinin həddindən artıq çox olduğu zaman da siz xidmətin yüksək keyfiyyətini saxlaya biləcəksiniz.
Artıq hazırlanmağa başlanmış sifarişin tamamlanma müddətini qonağın istəyi ilə təxirə salmaq da daha rahat oldu. Əməkdaşlarınız onu silib daha sonra yenidən vurmaq məcburiyyətində qalmayacaq - sistem bunu avtomatik edəcək.


📌 Məhsulların təqdim olunma kurslarını istədiyiniz kimi adlandırın

Siz iiko-da məhsulların bir neçə sıra nömrəsilə işarələnmiş təqdim edilmə kurslarının və VIP kursunun olmasına alışmısınız. Ancaq Sizə xüsusi adlardan istifadə etmək daha rahatdırsa, kursların adını istədiyiniz kimi dəyişə bilərsiniz. Məsələn, soyuq qəlyanaltılar, isti qəlyanaltılar, məzələr, əsas yeməklər, desertlər və s. Bu böyük banketlərə xidmət zamanı çox əlverişlidir: ofisiantların işində qarışıqlığın yaranması ehtimalı sıfra enir.

📌 Delivery Club-a qoşulmaq daha asan oldu

Delivery Club xidmətinə qoşulmaq üçün indi sadəcə sizin veb-ofisinizin "Xarici Sifarişlər" bölməsində xüsusi formanı doldurmaq kifayətdir Bu formada, restoranınızla inteqrasiya etmək üçün aqreqatora lazım olan bütün məlumatlar təmin edilir. Delivery Club hazır ərizə alacaq və sizi xidmətə qoşacaq.

📌 Xarici mənbələrdən sifarişlərə nəzarət

Saytdan, aqreqatorlardan və digər xarici mənbələrdən daxil olan bütün sifarişlər artıq sizin veb-ofisinizdə "Xarici Sifarişlər" xüsusi səhifəsində siyahı şəklində əks olunacaq. Sifariş ilə bir problem yaranarsa, siz dərhal onun hansı mərhələdə yarandığını görüb onun qarşısını almaqdan ötrü müvafiq tədbirlər həyata keçirə bilərsiniz. Kassaya gələn xarici sifarişlər indi ofisiant tərəfindən təsdiqlənmədən mətbəxə göndərilə bilər.

📌 Xarici Xidmətlərdən bildirişlər

Restoran Telegramında xarici xidmətlərin (kuryer və ya aqreqator xidmətləri kimi) müxtəlif mərhələlərində bildirişlərin göndərilməsini ayarlaya bilərsiniz. Siz kuryerin sifariş üçün gəldiyini və ya çatdırılma zamanı bir problemin yarandığı haqqında dərhal xəbərdar olacaqsınız. 

📌 Kassada işləmək daha rahat oldu
Biz hesablaşma pəncərəsinin dizaynını daha erqonomik etdik ki, ən çox tələb olunan düymələr hər zaman əlinizin altında olsun. Axı qonaqlar gözləməyi sevmir, hesablaşmanı tez zamanda yerinə yetirmək isə hər zaman mümkün olmur. Yeni dizaynda tətbiq edilən ödəniş növlərinə və sifariş məzmununa önəm verilməsi əməkdaşlarınıza bu cür vəzifələri daha tez həll etməyə kömək edəcək.

📌 Sifarişin başqa masaya köçürülməsi barədə aşbazları xəbərdar edin

Sifarişi başqa masaya köçürərkən və ya sifarişləri birləşdirərkən, indi mətbəxə xüsusi xidmət qəbzini çap edə bilərsiniz ki, bu zaman qəbzdə köhnə və yeni masaların nömrələri, həmçinin yeni və köhnə masanın sifarişləri əks olunacaq.
Bu aşbazlara məhsulları düzgün sıralama ilə təqdim etməyə kömək edəcək. Bu funksiyadan istifadə etmək üçün onu bekofisin müəssisə ayarlarında aktivləşdirmək lazımdır.

📌 Gün sonunun sadə şəkildə bağlanması
Veb-ofisdə "Kassa növbələri" cibliyində yeni "Günün bağlanması" bölməsini əlavə etdik. Burada istifadəçi üçün müsait olan bütün kassa qruplarını və bu qruplar daxilində kassa növbələrinin vəziyyətini əks etdirir. Bütün növbələr bağlıdırsa, kassa gününü bağlamaq, Z-hesabatı çap etmək və ya sadəcə ekranda görmək və ya pdf-ə eksport etmək mümkün olacaq. Kassa növbələrinin tarixi artıq “Aktiv növbələr” bölməsində əks olunur.

📌 Şəxsi bonus tariflərinizdən istifadə edin

Əgər iiko-da bonusun nominal dəyərinin həmişə manata bərabər olması sizi qane etmirdisə, indi siz öz məzənnənizi təyin edə bilərsiniz. Hər bir səhm üçün belə bir məzənnə ayrıca ayarlanmalıdır.


📌 Sifarişin tərkibi haqqında ətraflı məlumat olmadan qəbz
Məxfiliyi qoruyub saxlamaq şərtilə qidalanma xərcləri barədə hesabat vermək üçün qonağa tərkibi gizlədilmiş qəbz lazım ola bilər. İndi Siz sifarişin ümumi məbləği qeyd olunmuş bu cür qəbzləri konkret məhsulların adlarını qeyd etmədən təqdim edə bilərsiz. Bunun üçün sadəcə “Kompleks Məhsul” düyməsinə basmaq kifayətdir ki, bu zaman sifarişin bütün sətrləri cəmlənəcək.


24-Yan-2022 1300

iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27