Bildiyiniz kimi Azərbaycan Respublikasının ərazisində e-kassalara keçid prosesi “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 14 fevral tarixli 52 nömrəli qərarına əsasən həyata keçirilir.
Bununla əlaqədar, iiko proqram təminatı Azerbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab vermək məqsədi ilə e-kassa sitemi ilə satışların həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Vergi online (e-kassa) sisteminə qoşulmaq və ya ətraflı məlumat almaq üçün, bizimlə əlaqə saxlayın.
E-kassa nəzarət mexanizmi qurğusu ilə təchiz edilmiş yeni növ proqram-aparat kompleksidir. E-kassa vasitəsi ilə alınmış və emal edilmiş çek məlumatlarının, habelə həyata keçirilən əməliyyatlar barədə məlumatların yığılması, emalı, saxlanılması və real vaxt rejimində Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülməsi (köçürülməsi) təmin edilir.
E-kassa pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə əhali ilə pul hesablaşmalarının aparılmasında istifadə edilir.
Nəzarət mexanizmi qurğusunun sertifikatı 3 il müddətinə verilir. Həmin müddət bitdikdə və ya qurğu yararsız hala düşdükdə, sertifikat yenisi ilə əvəz edilir.
Kassa əməliyyatları üzrə məlumat mübadiləsində aşağıdakı əsas elementlər iştirak edir: e-kassa (və onun tərkib hissəsi olan nəzarət mexanizmi qurğusu) və Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazası. Çek fiskal məlumatları özündə birləşdirərək e-kassa tərəfindən formalaşdırılır. Əməliyyat məlumatları əsasında üzərində unikal identifikator (fiskal İD) qeyd olunan çek Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasına ötürülür. Çek üzərində qeyd edilən QR kod (və unikal identifikator) vasitəsilə istehlakçı həmin çekin Dövlət Vergi Xidmətinin informasiya sistemləri bazasında olub-olmamasını məsafədən yoxlaya bilər.
Azerbaycan_Respublikasinin_Vergi_Mecellesi
"Nəzarət-kassa aparatlarının istismarı Qaydaları"nın təsdiq edilməsi barədə (№ 338)
iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.