AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Anbar, Mali̇yyə və Vergi̇ Uçotunun Autsorsi̇nqi̇

 

Təkliflərimiz

Biz sizə aşağıda adı çəkilən uçot növləri üzrə köməklik edirik:

Anbar uçotu:

  • TTK və nomenklaturanın tam siyahısının yoxlanılması;
  • Anbar uçotu prosesinin həyata keçirilməsi sxeminin və planının formalaşması;
  • Sistemə silinmələrin, mədaxil qaimələrinin, inventarizasiya və yerdəyişmə sənədlərinin daxil olunması;
  • İnventarizasiya nəticələrinin analizi;
  • Hesabatların qurulması: maddələr üzrə bölünmüş yekun maya dəyəri, artıqlar və əskiklər üzrə hesabat;
  • Hər məhsul ürzə baş verən maya dəyəri dəyişilməsinin təhlili və səbəbinin müəyyən edilməsi, uyğun hesabatın tərtib olunması;
  • Alış qiymətlərinin planlaşdırılmış qiymətlərdən yüksək olan qaimələr siyahısının təqdim olunması;
  • Bazar qiymətlərinin monitorinqi və onların alış qiymətləri ilə müqaisəsi;
  • Rüblük səyyar inventarizasiya;
  • Menyunun analizi.

Mühasibat uçotu:

  • Texniki-texnoloji kartların hazırlanması;
  • Restoranın gəlir və xərclərinin uçotu;
  • Qaytarılan vəsaitlərin uçotu;
  • Əmək haqqı və sosial ödənişlərin uçotu;
  • Hesablar planının tərtib olunması;
  • Ştatlı əməkdaşlarla sənəd dövriyyəsinin düzgün aparılması üzrə konsultasiya.

Vergi uçotu:

  • Restoranınızın spesifikasını nəzərə alaraq vergi tutulmaları üzrə ən optimal sxemin işlənib hazırlanması;
  • Fərdi vergi təqviminin formalaşdırılması;
  • Vergi hesabatlarının nəzarət edən orqana hazırlanması və təhvil verilməsində yardım.

Bu necə və harda kömək edir:

  • Məhsulların düzgün maya dəyərini müəyyən etməkdə çətinlik çəkirsizsə;
  • Məhsulların maya dəyərinin nəzarətsiz artması;
  • Malların silinməsi üzrə xərclərə dəqiq nəzarətin zəruriliyi;
  • Alış qiymətlərində dəyişikliklərin izlənməsi;
  • Restoranın mühasibat uçotunun aparılması;
  • Vergi sxeminin seçilməsi və hesabatların tərtib edilməsi;
  • Ştatlı kalkulyator işçinin içə götürülməsi üzrə xərcə qənaət

Əldə edəcəkləriniz:

iiko bazası əsasında anbar, mühasibat və vergi uçotunun autsorsinqi üçün bizə müraciət edin. Biz restoran uçotuna aid autsorsinqin bütün funksiyalarını yerinə yetiririk.

Siz restoran biznesinin avtomatlaşdırılması üzrə mütəxəssislərdən ibarət komandadan tam dəstək alacaqsınız. iiko sistemi isə ictimai iaşə obyektlərinin avtomatlaşdırılması üçün daha texnoloji və müasir həlldir.

Biz kompleks xidmət göstəririk, həmçinin ştat əməkdaşının saxlanılması, onun səriştəliyinin və etibarlığının yoxlanılmasına vaxt sərf etmək zərurətindən azad edəcək.

AUTSORS - NİYƏ MƏHZ BİZİMLƏ?

  • Biz hər zamanonline oluruq
  • Ştatlı əməkdaşdan ortalama 30-40% sərfəli
  • Siz əməkdaşa deyil, şirkətə ödəniş edirsiz. Bu xeyli asan və ucuzdur, həmçinin xərclənən məbləği asanlıqla xərclərə aid edə bilərsiz
  • İri şirkətin təcrübəsiniayrıca götürülmüş əməkdaşın təcrübəsi ilə müqaisəedilməzdir. Biz daha çox bilirik, biz hər gün tamamilə müxtəlif təşkilatlarda çoxsaylı problemlər ilə üzləşirik və onları uğurla həll edirik ki, bu da bizə müxtəlif problemlərin bir çox həll ssenarilərini verir
  • Uçotun düzgün aparılmasına zəmanət veririk
  • Oğurluqda və ya sövdələşmədə şəxsi marağımız yoxdur
  • Biz «işdən çıxmaq ərizəsi» yazmarıq və ya adi əməkdaş kimi «məzuniyyətə» və ya «xəstəlik kağızına» ehtiyyacımız yoxdur
  • Təlim almağımıza ehtiyyac yoxdur,məhsulumuzu tanıyırıq və onun imkanlarından 110% istifadə edirik
  • İşçilərinizin təlim almağı üçün xərclədiyiniz pula qənaət edir (təqaüd və sığorta haqqını ödəməyə ehtiyyac yoxdur)
  • Şirkətimiz uçotun aparılmasına kömək etməklə yanaşı proqram və avadanlığa texniki xidmət göstərir, sisteminizi həftənin 7 günü, günün 24 saatını işlək vəziyyətdə olmasına nəzarət edirik.

 

AUTSORSİNQİN VARİANTLARI VƏ QİYMƏTLƏRİ

Autsors uçotunun aparılma variantları

Müəssisəyə həftəlik gəlişlər:

  • İlkin sənədlərin yoxlanışı və onların Əmtəə-Mal hesabatına tikilməsi
  • Texnoloji kartların hazırlanması – çap etmək, imzalamaq, zərurət olduğu halda qovluğa tikmək
  • Texnoloji kartların emalı – zərurət olduğu halda
  • Aralıq inventarizasiyaların aparılması - zərurət olduğu halda
  • Uçotun təkminləşdirilməsi ilə bağlı tövsiyyələrin məsul şəxslə müzakirəsi

Müəssisəyə getmədən (tamamilə uzaqdan idarə etmə)

Bu xidmət sənəd dövriyyənizin tam idarə olunmasını nəzərdə tutur:

  • Mədaxil sənədləri
  • Silinmə aktları, daxili daşınmalar
  • Maya dəyərinin hesablanması və texnoloji kartların tərtib olunması
  • Inventarizasiya və onun təhlili
  • Həftəlik və yekun hesabatların formalaşdırılması

Siz, Sifarişçi kimi, bizə sənədlərin foto/skanlarını (WhatsApp qrupu üzrə), texnoloji kartları (məhsulların reseptləri) təqdim edirsiz və aylıq hesabatları (inventarizasiyanın təhlili, fudkostun azaldılması və anbarın həddindən çox yüklənməməsi üzrə tövsiyyələr) əldə edirsiz.

Biz, İcraçı kimi sənədləri sistemə sutka ərzində, lakin bir qayda olaraq 2 saat çərçivəsində mədaxil edirik; sizinlə online rejimdə oluruq; uçotun sərbəst və düzgün aparılmasına zəmanət veririk; atrıq və əskiklərin yaranma səbəblərinin təhlil olunması şərtilə inventarizasiya rəqəmlərini mədaxil; yerinə yetirilmiş işlər haqqında yekun hesabatla ayı bağlayırıq.

Nəticədə alacağınız:

  • Peşakarlığından əmin ola biləcəyiniz sərbəst mütəxəssis
  • Müqavilə çərçivəsində anbar uçotu məsələləri üzrə məsləhətlər
  • Mətbəxin və barın işini qiymətləndirməyə fudkostu azaltmağa, menyunu optimallaşdırmağa kömək edəcək hesabatlar təqdim edirik
  • Inventarizasiya nəticələri üzrə hesabatı- bir qayda olaraq, sayılmış qalıqların qeyd olunduğu blankların təqdim olunmasından sonra 5 iş günü;
  • Aylıq yekunlar üzrə hesabat – uçot ayından sonrakı ayın 10-na qədər

 

 

iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27