Son araşdırmalarda çoxdandır bəlli olan bir problemin gerçək olduğu bir daha təsdiqləndi – təchizat zənciri məsələsi restoranlar üçün çətinliklər yaratmağa davam edir.
Araşdırmalar onu göstərir ki, iaşə sektorunda olan sahibkarlar get-gedə artan təchizat xərclərini öz menyularındakı qiymətləri artıraraq qarşılayırlar. Şübhəsiz ki, təchizat zənciri problemləri restoranlar üçün ciddi sıxıntı yaradır. Bu, nəinki satışların və gəlirlərin itirilməsi ilə nəticələnə bilər, həm də marka reputasiyasına xələl gətirə bilər. Lakin müştərilər menyuda yüksək qiymətlərlə və boşluqlarla qarşılaşarsa get-gedə onları itirə bilərsiniz.
Lakin Next-Gen texnologiyasından istifadə edərək xərclərinizi azalda bilərsiniz. Belə olan halda menyudakı qiymətləri artırmağınıza ehtiyac qalmaya bilər. Bunu etməyin bir neçə yolu var:
#1: İnvertarınızı dəqiqliklə idarə edə biləcək texnologiya istifadə edin.
Əvvəllər ərzaqlar sifariş olunar, təchizatçının ödənişi edilər, sonra qida hazırlanar və müştəri yeməyi yedikdən sonra öz ödənişini edərdi. Beləliklə vəsait işin əvvəlindən gedər və sonunda geri dönər və ortada qalan hissə gözə görünməzdi.
Ancaq Next-Gen texnologiyası sözügedən ortada qalan hissəni açıq və aydın şəkildə görməyinizə imkan yaradır. Hər ərzaqın, hər sifariş partiyasının və hətta hər porsiyanın vəziyyətini dəqiq şəkildə istədiyiniz vaxt nəzarət aldında saxlaya bilərsiniz. Hətta fərqli valyutlar ilə edilən əməliyyatların istədiyiniz valyutayla nisbətini belə müqayisə edib görə bilərsiniz.
#2: Təhciz etməli olduğunuz malları haradan sifariş verəcəyiniz haqda bir daha düşünün.
Günümüzdə bir çox ağıllı restoran idarəçiləri xüsusilə tez xarab olan məhsullar başda olmaqla digər bütün ərzaqları anbarda necə həm israf olunmadan həm də lazımi anda yetəcək qədər olan miqdarda saxlamağın yollarını düşünürlər. Qurulmalı olan bir balans var və bu mövzuda Next-Gen texnologiyası sizə kömək edəcək.
Doğru alətlərdən istifadə edərək siz, ən münasib olan ərzaq miqdarlarını təyin edə, onları dəyişdirə və real zamanda daim izləyə bilərsiniz. Bununla sizün üçün günlər və ya həftələr öncə üzləşə biləcəyiniz problemlərdən də xəbərdar olaraq onlara vaxtında çarə tapa bilmək şansı da yaranır.
Bütün bu prosedurların fonunda anbarınızın təchizatıyla bağlı əsas rəsmi görməyiniz sizə təchizatçı şirkətinizin menecerləriylə daha çox uyğunluq tapa bilməyinizə imkan yaradır. Bazarda olan tədarükçüləri qiymət və xidmət performanslarına uyğun olaraq qarşılaşdırıb və ya birləşdirib aralarından sizə ən uyğun variant seçmək daha həm daha rahat həm də daha gəlirlidir. Gəlir itkisiylə qarşılaşmamaq, qiymət, həcm, əlçatanlıq, çatdırılma və digər xidmətlər mövzusunda daha yaxşı partnyor seçə bilmək üçün birdən çox tədarükçünün məhsullarını sifariş edə bilərsiniz.
#3: Davamlı olaraq menyunuzu optimallaşdırın edin
Bir çox restoranlar müddət keçdikcə, restoran böyükdükcə menyuda olan vaxtaşırı dəyişikliklərin təkcə mövsümi xarakter daşımadığını, birbaşa gəlirlərə təsir etdiyini başa düşürlər.
Next-Gen texnologiyası sayəsində menyunuzdakı hər bir elementin inqredeyentlərini ən xırda detalına qədər incələyə bilən alətlətə sahib olmuş olursunuz. Bunlarla siz hər yeməyə sərf olunan xərci, həmin yeməyin gətirdiyi gəliri, hansı yeməklərin daha çox hansıların daha az gəlir gətirdiklərini, hansı yeməyin sərfəli hansının isə səmərəsiz hətta riskli olduğunu dəqiqliklə görə bilərsiniz.
Bu məlumatlarsa siz:
• Riskli olan yeməkləri dəyişdirmək və ya onları saxlamaq üçün inqredeyentlərdə keyfiyyəti itirməyəcək ancaq xərcləri sala biləcək dəyişikliklərin olunması
• Mövsümi ərzaqlardan asılı olan və maya dəyəri sərfəli olan ərzaqlarla başa gələn yeni növ yeməkləri menyuya əlavə edilməsi
• Hər bir ərzaqın qiyməti qalxdıqca optimal olaraq təklif olunan yeməyin qiymətində hansı səviyyədə qaldırılmalı oldunduğunu
• Hər bir ərzaqın qiyməti endikcə təklif olunan yeməyin qiymətini dəyişmədən daha bol inqredeyentlərlə müştərilərə təklif olunması
- kimi məsələləri asan və rahat yolla həll edə biləcəksiniz.