AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Kağızdan Piksellərə: Masa Xidmətinin Rəqəmsal Transformasiyası

person holding white plate with food

Masa servisi xidmətinizi dəyişmək personalınız və qonaqlarınızla yarana bilən narazılıqları aradan qaldırıb xidmət keyfiyyətini yüksəltməklə yanaşı həm də iş prosesinizi sürətləndirir və sizə əlavə mənfəət qazandırır.

Bir çox restoranlar masa xidmətlərinin idarəsiylə bağlı fərqli metodlar tətbiq edirlər. Bu adətən, müştəri xidmətinin əsas hissəsi sayılsa da, arxa arxa plandakı işçilərin işlərinə də təsir edə bilən faktordur.

Ancaq masa xidməti işçilərinizin hər birini Ağıllı Masa Xidməti texnologiyası ilə təchiz etmək bütün iş prosesini tamam fərqli bir səviyyəyə yüksəldə bilər. Düzgün cihaz və tətbiqlər ilə personalınız həm sifarişləri həm də ödənişləri sürətli və dəqiq şəkildə qəbul edə bilər.

Yetərincə xoş səslənir elə deyilmi? Bu texnologiya başda müştərilər olmaqla hər kəsə xeyirli olacaq – masa xidməti işçilərinə, mətbəx işçilərinə, menecerlərə və yekunda müəssisənin özünə.

Budur faydalana biləcəyiniz dörd fərqli sahə:

1) Sifarişlərin qəbulu

Göstərdiyiniz masa xidmətini, özündə menyunuzu, xüsusi menyu təkliflərinizi cəmləşdirən çoxfunksiyalı bir planşet və ya ağıllı telefon ya da xüsusi bir cihaz istifadə edərək ciddi şəkildə yaxşılaşdıra bilərsiniz.

Bəs bu kimlərə yararlı olacaq?

Xidməti personal: Sifarişləri və ödənişləri sürətli, dəqiq, yanlışlıq payı minimum olacaq şəkildə qəbul edəcəklər.

Müştərilər: Sifariş vermək üçün daha az gözləyəcək və sifarişlərinin düzgün şəkildə qəbul olunduğuna əmin olacaqlar.

2) Sifarişlərin birbaşa mətbəxə ötürülməsi

Bu ən əhəmiyyətli hissələrdən biridir. Müştəri sifarişini tamamladığı anca cəmi bir toxunuşla sifariş birbaşa mətbəxə yönləndirilir. Bu qədər asan, sürətli və sadə.

Kimlərə yararlıdır?

Xidməti personal: Pesonalın üzərinə düşən təzyiq azalar. Müştərilərin xüsusi istəklərini mətbəxə çatdırmaq üçün tez-tez ora üz tutmaq, bir əlində qeyd dəftəri digərində POS terminalıyla ortada dolaşmaq kimi yorucu və vaxt alan şeylər aradan qalxacaq. Həm də belədə daha çox müştəriyə sürətli şəkildə xidmət göstərilə bilər.

Müştərilər: Müştərilər uzun müddət işçilərin onlara yaxınlaşması üçün gözləməyəcəklər. Həmçinin verdikləri sifarişlər də masaya daha tez gələcək.

Mətbəx: Sifarişlər birbaşa mətbəxə yönləndirildikdə ardıcıllıq pozulmur. Bu mətbəx üçün çox önəmli faktordur. Beləcə mətbəx öz işini müəyyən ritmdə davam elətdirə bilər. Həm də müştərilərin sifarişləri qarışıq vaxtlarda çatdırılmaz.

5 Reasons Why You Need a Kitchen Order System for Your ...

3) Əlavə sifarişlərin verilməsi

Müştərilər xidmətin bu cür sürətli olmasının fərqinə vardıqda onlarda daha çox sifariş vermə istəyi yaranır. Belə olan halda onlar əmin olurlar ki, sifarişləri vaxtında, gecikmədən, lazımi temperaturda gələcək.

Bəs bu kimin üçün faydalıdır?

Müştərilər: Müştərilər gecikməsiz, sürətli hazırlanan sifarişləri qəbul edərkən onlarda daha pozitiv əhval yaranır ki, bu da onların sizin məkanınızda daha xoş vaxt keçirməsi deməkdir. Bu daimi müştəri axınına təsir edən çox önəmli bir faktordur.

Xidməti personal: Onlar əlavə sifarişlər almaqla həm daha çox bəxşiş qazana, həm də personal daxilində yaranan satış rəqabəti mühitində daha yaxşı rəqabət apara bilərlər.

4) Ödənişlərin yerində alınması

İşçiləriniz ödənişləri tək bir cihazdan qəbul edə bilər. Bununla əlavə ikinci bir cihaz quraşdırmağa, onu daşımağa ehtiyac qalmır.

Belə olan halda:

Personal: Əlavə cihazlar və onlarla yerinə yetirilən, bəzən xeyli zaman alan prosesdən qurtulmuş olur.

Müştərilər: Ödənişi yeməkdən öncə edə, beləcə yeməkdən sonra ödəniş etmək üçün işçinin yaxınlaşmasını gözləməyə bilərlər. Onlar həmçinin seçimlərinə uyğun olaraq ödəniş qəbzini kağız çap formasında, electron poçt üzərindən və ya telefona göndərilən SMS bildiriş vasitəsilə əldə edə bilərsən.


iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27