AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Məhdud resurslarla restoran personalını necə ən yüksək səviyyəyə gətirmək olar?

Introduction And Restaurant Service Staff Entry Level Lessons 1Restoran işi personal üçün gərgin iş olaraq bilinir. Pandemiyadan öncə belə iaşə sektorunda işçi sayı azalmağa davam edirdi. Hotellərdə və restoranlarda çalışan işçilərin müəssisədə qalma müddətləri ortalama 60 gün idi.
Bir çox trend kimi bu problem də məhz pandemiya vaxtlarında daha da sürətləndi. 2020-dən öncə xeyli sayda işçi başqa sektorlarda yaranan fürsətləri dəyərləndirmək üçün ayrıldı və qalan işçilərdə daha yüksək əmək haqqı, əlavə bonuslar və digər fürsət gözləntiləri yaranmağa başladı.

Bu hal sahibkarları çətin vəziyyətdə qoyur. Restoran xərcləri mütəmadi olaraq artan xərclərdir və bu da işçilərə əlavə bonuslar ödənilməsini çətinləşdirir. Bunun əvəzinə restoranlar daha az işçiylə fəaliyyətlərinə davam etməyi öyrənmək məcburiyyətində qaldı. Görünür bu hal pandemiyadan sonrakı dövrlərdə də uzun müddət davam edəcək.

Gəlin restoranın sahib olduğu az işçi sayıyla potensialını necə yüksəldə biləcəklərinə dair dörd üsula nəzər yetirək:

  1. Çarpaz təlim keçmiş işçilər.

 Restoran işçilərinin çarpaz təlim keçmiş olmaları və ya işçilərin əsas vəzifələrindən kənar bir sıra işlərdəəyyən təcrübəyə sahib olaraq qismən həmin işləri də görməsi prinsipi xeyli müddətdir ki, tətbiq olunur. Menecment heyəti nəzarətində olan heç bir işçi hər bir mövzuda təcrübəli olmalı deyil ancaq bəzən işçi sayları məhdud olduqda bəzi istisnalar ola bilər. Bu işçilər böyük ehtimal haqlı olaraq əmək haqqlarında artım tələb edəcəklər lakin bu artım görülən işə dəyəcək və siz zərərdə olmayacaqsınız.

  1. Avtomatlaşdıra bildiyiniz hər şeyi avtomatlaşdırın.

Çarpaz iş təlimi kimi avtomatikləşdirmə də növbə başına ehtiyac duyulan işçi sayını azaldaraq qalan işçilərin maaşları və bonuslarına daha çox büdcə ayırmağınıza imkan verir, sıxıcı, səmərəsiz işləri aradan qaldırmaq və işçilərin zamanlarını daha məqsədəuyğun şəkildə istifadə etməsinə şərait yaradır.

Restoranları daha məhsuldar hala gətirə biləcək avtomatlaşdırmaya dair bir neçə misal:

- Müştərilərin istər yerində istərsə də çatdırılma üçün olan sifarişlərini verə biləcəkləri bir tətbiq yaratmaq. 

- Müştərilərin QR kodları skan edərək telefonlarından sifariş edə bildikləri Dine-İn Ordering sistemini restoranda quraşdırmaq.

 - Avtomatik e-poçt ismarıcları. Yəni müştərilərin son sifarişlərindən bir müddət keçdikdən sonra avtomatik olaraq yenidən bildiriş almaları üsuluyla onları yenidən cəlb etmə cəhdi.

Bu məsələlərin hər birində texnologiya, işçilərin ənənəvi olaraq gördüyü işləri yerinə yetirərək onların sadəcə insan əliylə görülə biləcək işlərə daha yaxşı fokuslanmasına şərait yaradır.

What is the right way to account for employee meals?

  1. Günün passiv saatlarında məhsuldarlığı maksimuma çıxarmaq.

Günorta və axşam yeməkləri saatları arasında əsasən təmizlik və hazırlıq işləri görülsə də, həmişə məhsuldarlığın artırılmasına yönəlik addımlar atmağa zaman tapmaq olur. Bu saatlarda nə qədər çox iş görülsə pik saatlarda işçilər o qədər öndə olacaqlar.

Boşalan bütün ədviyyat qablarının doldurulması, qabların yerbəyer edilməsi, mətbəxin səliqəyə salınması, iş yükünün azaldırması axşam yeməyindən daha öncə görülməli olan işlərdir. İdarəetmə siyahıları bu müddət ərzində işçilərin məhsuldar şəkildə fəaliyyət göstərmələrinə nəzarət etmək üçün əla vasitədir. Sözügedən siyahı menecer tərəfindən tutulmalı və sözügedən zaman zərfində işçilər növbəti pik saatlara komanda şəklində hazışlamalı və pik saatlar ərzində rahat və hazırlıqlı şəkildə işlərinə davam etməlidirlər.

  1. İşçi personalına sahib çıxmaq.

İşçilərinizin size tərk etmələri təkcə narahatlıq gətirən hal deyil həm də sizə baha başa gələn bir haldır. İşçi çatışmazlığı haqqında olan məqalələri oxusanız görərsiniz ki, işçilərin müəssisədə uzun müddət qalaraq fəaliyyətlərinə davam etmələri yeni işçiləri işə cəlb etməkdən daha sərfəlidir. Bunları nəzərə alsaq belə nəticəyə gəlmək olar ki, işçiləri müəssisədə saxlamaqla yanaşı daha az işçiyə sahib olmaq da əlverişlidir hansı ki, bunu necə təmin edə biləcəyinizlə bağlı yuxarıda ətraflı məlumat almışdınız. Rəqabətli maaşlar, əlavə bonuslar sizə həm xərclərinizdən qənaət edib həm də avtomatlaşdırma üçün sərmayə ayırmağınıza imkan versələr də, qalan işçilərinizin sizdən ayrılmaması da mühim məsələdir çünki onlar sizi tərk etdikdən sonra yeni işçilər cəlb edilsə belə əvvəlkilər qədər təcrübə qazanmaqları, mühitə öyrəşmələri xeyli zaman ala bilər.


iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27