İşçilərinizin sevmədiyi və səmərəsiz yerə enerji sərf etdikləri məsələləri aradan qaldırmaq istərdinizmi? Elə isə Next-Gen texnologiyası sizə kömək edə bilər.
Next-Gen texnologiyası əhəmiyyətli dərəcədə fərq yarada bilər. Belə ki, bir çox sadə işləri ya tam avtomatlaşdıra, ya da tamamilə yenidən elə işlənib hazırlana bilər ki, onlara saatlar, dəqiqələr deyil, anlar sərf olunsun.
Üç sadə nümunə göstərək:
#1 Anbar yoxlamaları.
Anbardakı ərzaq ehtiyatlarının tükənməsinin, həddən artıq sifariş verilməsinin və ərzaqların israf olmasının qarşısını almaq üçün anbarda daimi qeydlər aparılması vacib amillərdən biridir. Ancaq bu yoxlamalar manual şəkildə etdikdə çətin, yorucu və vaxt alan proses olurlar. Bu iş, qeyri-dəqiq görülərsə həm öndə və arxa fonda çalışan işçilər arasında ciddi narazıçılıqlar yarada həm də işin səmərəsiz davam etməsinə səbəb ola biləcəyi üçün bir çox işçi sözügedən işləri görməyə çəkinir.
Lakin sıçrayış texnologiyası bunu dəyişə bilər. Təcrübəyə əsasən 30 restorandan ibarət pizza restoranları zəncirlərinin birində tətbiq edilən texnologiya sayəsində hər filialda 2.5 saat vaxt sərf edilən prosedur 15 dəqiqəyədək azaldılıb ki, bu da səmərəlilik üçün mükəmməl göstəricidir.
Vaxta qənaət edən Next-Gen texnologiyası ilə, işçilərə dəqiq hesablama aparmağa imkan verən mobil inventar proqramı ərsəyə gətirmək mümkündür. İşçilər proqram sayəsində asanlıqla anbarda qalan ərzaq miqdarına nəzarət edə, onları yeniləyə bilə, sifariş verilməsi üçün qeydlər apara bilərlər.
#2 İşçilərin qrafiki
Restoranda iş fəaliyyətinin düzgün təmin olunması üçün işçilərin iş saatlarına görə növbələrinin planlaşdırılması çox mühim məsələdir. Ancaq bu menecerlər üçün xeyli vaxt aparan prosesdir. Proses zamanı növbələri həm də işçilərin məzuniyyət, tətil günləri və həmçinin restoranın məşğul olma saatları kimi amillər nəzərə alınmalıdır.
Next-Gen texnologiyası ilə işçilərin planlaşdırılması artıq vaxt aparan, və səhv olma ehtimalına meyilli bir prosedur deyil. Məsələn, iiko alətləri ilə siz müəyyən növbə üçün lazım olan işçilərin sayını müəyyən edə, kimin mövcud olduğunu yoxlaya və sonra tez bir zamanda işçinizi təyin edə bilərsiniz.
Rəng kodlarından istifadə edərək sistem sizə neçə nəfərə ehtiyacınız olduğunu göstərə bilər. Məsələn, qırmızı yanlış, yaşıl isə düzgün satış proqnozuna əsaslanaraq düzgün işçilərin sayını təyin etdiyinizi göstərir. Sistem həmçinin kiminsə əlçatan olub-olmadığını və ya başqa bir komandada işlədiyi halda növbələrin üst-üstə düşməsi kimi problemləri göstərə bilər. Menecerlər həmçinin təkrarlanan növbələri kopyalayıb yapışdırmaqla işçi heyətin cədvəlini sürətləndirə bilərlər.
Daha bir vacib amil isə ondan ibarətdir ki, cədvəl planlayıcısı siz dəyişikliklər etdiyiniz zaman əmək xərclərinizi göstərir, beləliklə siz büdcənizi də nəzarətdə saxlaya bilirsiniz. İşçilər həmçinin şəxsi iiko hesabı vasitəsilə səhifələrinə daxil ola və anında növbələrini yoxlaya bilərlər.
Digər proseslər hətta satış proqnozlarının yaradılması, hazırlıq planları və avtomatik təklif edilən satınalma planları da daxil olmaqla “özünü idarə edən” ola bilər. Bu, zəruri, lakin enerji sərf edən işləri aradan qaldırmaq üçün əla bir yoldur.
#3 Allergenlərlə bağlı qeydlər
Bu, sosial medianın da diqqətini cəlb edən və işlərin yolunda getmədiyi zaman müştərilərin mənfi rəylərini cəlb edən sahələrdən biridir. Menyuda allergen ərzaqlarla bağlı lazımi qeydlər yoxdursa, bəzi qonaqlar allergik reaksiyalarla qarşılaşa, bu da öz növbəsində mənfi rəylərə və narazılıqlara gətirib çıxara bilər.
Next-Gen ilə menyudakı yeməklərdə istifadə olunan ərzaqlarla bağlı allergenlər bazası yaratmaq asandır. Allergenlər sifariş qəbul ekranlarında avtomatik olaraq görünür. Gözləyən işçilər sadəcə yeməyin adının yanındakı işarəyə klikləyin. Bütün detallar onların əlinin altında olur ki, bu da müştəri xidmətləri səviyyəsini artırır, qonaqlara inam və rahatlıq hissi verir, həmçinin təhlükəsizliyi artırır.
Allergenlərin siyahısını müştərilərin hesab çeklərində də çap etmək və ya pizza qutusu kimi qida qablaşdırmalarının üzərində stiker kimi çap etmək də mümkündür
Iiko kimi bir sistemlə allergen qeydlərini saxlamaq və paylaşmaq çox asanlaşır. Hər şey mərkəzi sistemdə təhlükəsiz şəkildə saxlanılır - hər kəs asanlıqla və inamla daxil ola bilər.