AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Robot texnologiyasının yüksəlişi: restoranlarda işçiləri kənarlaşdırmadan necə avtomatlaşdırılma aparmalı?

New Robots Automate Restaurant Operations | PYMNTS.comHazırda robotları hər yerdə, ən azından restoranlarda görmək mümkündür. Bir çox xarici saytlarda “Robotlar sənayeni ələ keçirmək üzrədir” kimi başlıqlarla yayılan məqalələri görmək mümkündür.

Robotlar hamburgerləri sobada çevirir, toyuq qanadlarını özləri qızardır hətta pilotsuz botlar və dronlar müştərilərin sifarişlərini ünvanlarınadək çatdırılması üçün istifadə olunmağa başlanıb.

Bir çox sahibkar restoranlarında bu kimi yüksək texnologiyaları tətbiq etməklə gəlirli inkişafa nail olub. Xüsusilə də bazardakı təcrübəli işçi qıtlığından əziyyət çəkənlər. Keçən ilin ABŞ statistikasında hotel işçiləri arasında işdən ayrılma səviyyəsinin beynəlxalq göstəricilərdən 2 dəfə çox – 6.6 %-ə çatdığı bəlli oldu. Üstəlik iaşə sektorunda restoranlar 2019-cu ilə görə 6.2 dəfə daha az mətbəx işçiləriylə fəaliyyətlərini davam etdirirlər.

əyyən prosesləri avtomatikləşdirərək işçilərin üzərinə düşən təzyiqi azaldan texnoloji həllər çox mühim, əlverişli hala gəliblər və bu avtomatikləşdirmənin təməlində təbii ki, süni intellect durur. Yaxın tarix üçün verilən məlumata görə ABŞ-dəki restoran sahibkarlarınən 50 %-I qarşıdakı illərdə öz restoranlarında avtomatlaşdırılmış texnologiyaların quraşdırılmasının planlaşdırır.

Son iki ildə çox sayda köhnə hotelçilik içşilərinin əvvəlki işlərinə geri dönməyə niyyətli olmadığını göstərən hər cür negative statistikalar hər kəsə bəllidir. Ancaq yenə də sektorda qalmağı düşünən çox sayda işçi və sahiblkar var. Sahibkarların, işçilərini avtomatikləşdirilmiş robotlarla əvəz olunmasının yerinə, onlara hər sahədə daha səmərəli işləyə biləcək rəqəmsal cihazlarla təmin etmələri daha məqsədəuyğun addım olar.

Çünki əvvəla robotlar bütün işlərin hamsını yerinə yetirə bilməz. Düzdür, onlar gigiyenik cəhətdən daha əlverişli ola bilərlər, lakin restoran və iaşə sahəsi başda olmaqla digər bir çox sahələrdə müştərilər hələ də aldıqları xidmətdə insan toxunuşunun olmasına üstünlük verirlər.

DAWN Avatar: A Robot-Run Café Made for Inclusion in Tokyo - Barista  Magazine Online

Gəlin görək avtomatlaşdırma bizə hansı sahələrdə işimizə səmərəli təsir edə bilər:

  • Müştərilərinizi necə cəlb edirsiniz? Əyani şəkildə reklamla yoxsa onlara təkliflərinizi birbaşa olaraq göndərdiyiniz online ismarıclarla (mobil tətbiq, veb-sayt və s.)?
  • Tələb və təklif arasındakı balansı əldə etmək üçün ağıllı həllər texnologiyasından istifadə edirsinizmi?
  • Statistikanızı nəzərə alıb ayın müxtəlif günlərinə və ya günün müxtəlif saatlarına uyğun xüsusi təkliflər yaradırsınızmı? 
  • Həm işçilərin həm də müştərin rahatlığı üçün restoran və mətbəx arasındakı əlaqəni texnoloji həllərlə təkmilləşdirmisinizmi?

Əgər bu suallara cavabınız “Yox”-dursa o zaman bəlkə də artıq zamanla ayaqlaşıb avtomatlaşdırılmış texnologiyanı öz müəssisənizdə tətbiq etməyin vaxtıdır.

 

Ən vacib ehtiyaclarınızı nəzərinizdə saxlayın

Hansı texnologiyanın tətbiq ediləcəyini müəyyən etmək üçün restoran operatorları ən aktual ehtiyaclarının nə olduğunu nəzərə almalıdırlar. Məsələn, sürətli xidmət göstərən və ya adi restoranınız varsa və sifariş qəbulu prosesini sürətləndirmək istəyirsinizsə, satış nöqtəsi planşetlərini quraşdıra bilərsiniz. Texnologiya insanları əvəz etmir, sadəcə olaraq onların etdiklərini daha asan və səmərəli hala gətirir. Planşetlər sifariş axınını saxlamaqla darboğazları aradan qaldıra bilər və beləliklə, mətbəxə mümkün ola biləcək yüksək axın ehtimallarını qabaqlamağa şansı verir.

 

Nəyin səmərəli olub nəyin olmadığını təyin etməyə çalışın

Siz loyallıq proqramlarından, onlayn sifarişlərdən, yemək xərclərindən dəqiq və təsirli məlumat əldə edəcəksiniz. Hansı ki, bu məlumatlar biznesiniz və rəqiblərinizlə rəqabət apara bilməyiniz üçün çox vacib amillərdən biridir. Əgər məlumatla sahib olsanız, siz biznesə daha çox sərmayə qoymağa və lazım gəldikdə texnoloji alətlərinizi gücləndirə biləcəl verəcək, beləliklə daha çox qənaət və əlavə səmərəlilik əldə etmiş olacaqsınız. İaşə sektoru işçiləri üçün bu, daha yüksək əmək haqqı və daha uzunmüddətli böyümə imkanlarına səbəb ola bilər ki, bu da onları sənayedə qalmağa həvəsləndirir.

Restoran sənayesində təcrübəli işçi qüvvəsi çatışmazlığı yaxın gələcəkdə aradan qalxması ehtimalı olmayan mürəkkəb bir problemdir. Texnologiya tam həll olmaya bilər, lakin o, restoran sahibləri və oradakı işçilər üçün həm işləri həm də biznesi daha rahat hala gətirir. Bütün işçilərin işləmək üçün arzuladığı bir müəssisə olmaq, həm də uzunmüddətli, sadiq və təcrübəli işçi bazası təşkil etməyə imkan yaradır. 

Qonaqpərvərlik sənayesinin “robot işğalı” yaxşı gedir və artıq bir müddətdir ki. Əgər bu, biznesdə işləyənlər üçün həyatı daha yaxşı hala gətirəcəksə, o zaman robotları açıq qollarla qarşılayırıq.


iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27