AZƏRBAYCAN - iiko RƏSMİ NÜMAYƏNDƏSİ

Texnologiya biznesinizə daha qazanclı bayram mövsümü yaşada bilər

focused photo of wine glasses lined on tableSizcə uğurlu bir mövsümün əlamətləri nələrdir? Hər zaman dolu olan məkan, yüksək gəlir səviyyəsi yoxsa hər mövsüm qonaq olan çoxsaylı daimi müştərilər? Məqsədlərinizə çatmaq üçün texnologiya sizə kömək edə bilər...

Bir çox iaşə müəssisələri stabillik arzusundadır və bəziləri hələ də pandemiya məhdudiyyətlərinin, tədarük çatışmazlığının və xərc artımlarının təsirindən çıxa bilməyiblər.

Gəlirləri artırmaq və itkiləri bərpa etmək istəyi böyükdür. Belə olan halda uğur qazanmaq üçün mübarizədə restoranlar gəlir səviyyələrinə, keyfiyyətə və xərclərinə diqqət yetirməlidirlər.

Yeni mövsümdə performansınızı yaxşılaşdırmağınızın beş yolu var:

 

#1: Təklif ettiyiniz müxtəlif təamların gəlir səviyyəsinə diqqət ayırın:

Next-Gen restoran texnologiyası ilə təklif ettiyiniz xüsusi menyularda hər bir başlanğıc, əsas yemək, salat, desert və içkinin dəqiq gəlirlilik səviyyəsini görə, həmçinin inqrediyentlərə və porsiyaların ölçülərinə kiçik dəyişiklik etməklə yaranan xərc fərqini öyrənə bilərsiniz.

Hər menyunu optimallaşdırdıqdan sonra onları gəlir səviyyəsinə görə sıralaya bilərsiniz. Bu məlumatdan istifadə edərək, siz sosial media hesablarınızda, mağazadaxili lövhələr və xidmət işçiləriniz vasitəsilə ən gəlirli olanları təbliğ edə bilərsiniz. Düzgün texnologiya ilə hər yeməyin və ya menyunun gündəlik satışını izləyə bilərsiniz.

 

#2: İşçilərinizin sürətlə və Rahat şəkildə işləyə bilməsini təmin etmək:

İşçi heyəti arasında tələskənlikdən baş verən qəzalar, işçilər arasında gərgin iş rejiminin yaratdığı kobud ünsiyyət forması, gecikən yeməklər və s. bu kimi amillər müştəri məmnuniyyətinə təsir edə bilən ciddi amillərdir. Bu barədə, ən yaxşı restoran texnologiyası sizə qabaqcadan planlar qurmağa, xidmətin sürətlə hərəkətini davam etdirməyə və müştərilərə diqqət yetirmək üçün daha çox vaxt ayırmağa kömək edə bilər.

Hər növbə üçün düzgün sayda personalın təyin edilməsi vacibdir. Yeni texnologiya isə, ehtimal olunan tələb ətrafında etibarlı sistem proqnozlarına əsaslanaraq işçi cədvəllərinizi optimallaşdırmağa imkan verir. 

Restoran texnologiyası həmçinin mətbəxdə satış proqnozlarına əsaslanaraq avtomatik olaraq dəqiq hazırlıq planları yarada bilər. Beləliklə, aşpazlar və digər personal üzvləri pik saatlar başlamazdan əvvəl hazırlıqlı olacaqlar..

Bundan əlavə Ağıllı Masa Xidməti, sifariş qəbul edən işçilər üçün təxminən 20% vaxta qənaət edə və mətbəxdəki təzyiqi azalda bilər. Əl cihazı ilə işçilər daha çox sifariş qəbul edə, onları dərhal mətbəxə göndərə və ödənişləri qəbul etdikdən sonra masaları səliqəyə salmaq kimi digər işləri rahatlıqla görə bilərlər.

 

#3: Anbara daimi və ciddi nəzarət

Ən yaxşı texnologiya ilə təchizatçı sifarişlərinizi həftələr əvvəldən dəqiq dəqiqliklə planlaşdıra bilərsiniz. Ancaq bayram günlərində və ya satışların birdən-birə gözlənilmədən çox olduğu günlərdə anbarınızdakı tez bitən ərzaq növlərinizin miqdarını idarə etmək üçün sürətli və asan bir yola ehtiyacınız var. 

Next-Gen alətləri sizə bir neçə toxunuşla anbarınıza real vaxt rejimində nəzarət etməyə kömək edir. İşçi heyətiniz də cəmi bir neçə dəqiqə ərzində planşet və ya mobil telefondan istifadə edərək yoxlama apara və yarana biləcək çatışmazlıqlarla bağlı öncədən size xəbərdar edə bilər. Belə olan halda, siz pik vaxtlarda xüsusilə tədarükünün çətin olduğu ərzaqların bitməsi riskindən qorunmuş olursunuz.

 

#4: Pul itkisinə yol verməmək:

Mövsümün qızğın vaxtlarında işçilərin israflar, silinmələr, qırılmalar və endirimlər kimi “xırda detallar”ı qeyd etməsi üçün çox məşğul olduqlarını hiss etmək asandır. Ancaq bu maddələr yığıla bilər və qazancınıza ciddi zərbə vura bilər. Next-Gen texnologiyası hər hansı hadisənin bildirilməməsi üçün heç bir bəhanənin olmadığı deməkdir. İşçilər onları bir neçə kliklə sistemə əlavə edə bilərlər.

İşçi heyətinin bu cür məsuliyyətli və hesabat səviyyəsinin bu cür yüksək və dəqiq olması size ciddi ziyandan qoruyur. Sistemdə bu cür qeyd funksiyasının olması, baş verən halların növbələrarası ötürülməsi zamanı, bir müddət sonra ümumi xərclərin toplam miqdarını hesablanması zamanı yaranan vaxt itkisinin də qarşısını almış olur. Bunlarla yanaşı burada siz müəyyən sahələrdə əlavə təlimə ehtiyacı olan personal üzvlərinin qeydləri barədə də məlumat ala bilərsiniz.

 

#5: Nəticələrinə uyğun olaraq ən məhsuldar işçilərinizi mükafatlandırın:

İşçi heyəti üzvləri, yalnız növbə rəhbəri tərəfindən deyil, daha üst səviyyədə olan rəhbərlik və həmkarlar tərəfindən tanınacağını bilsələr, əla performans göstərmə ehtimalı daha yüksək olar. 

Restoran texnologiyası davamiyyəti, mətbəx məhsuldarlığını və sifariş qəbul edən işçilərin satışlarını, həmçinin hədəflərə nail olub-olmadığını qeyd edə bilir. Bundan istifadə edərək heyət üzvləri arasında həvəsləndirmələr, mükafatlar sxemləri yaratmaq mümkündür. Bunlar fərdlərə, komandalara görə dəyişə, növbələrin bir-birilə rəqabətdə necə işləməsinə aid ola bilər. Faktlar öz sözünü deyəcək və sistem sizin üçün qeyd olunan bütün xalları və hesablamaları qeyd edəcək.


iiko haqqında suallarınız var? Gəlin müzakirə edək!

iiko BİZNES PARTNYOR AZƏRBAYCAN mütəxəssislərindən məsləhət ala, qiymətləri dəqiqləşdirə və həll sifariş edə bilərsiniz. Bizimlə telefon, e-poçt və ya zəng sifariş etməklə əlaqə yaradın.

+994 12 310 26 27